“Qarabağ” Çempionlar Liqasının ilk oyununda 6 qol buraxdı

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

C qrupunda yer alan Ağdam təmsilçisi səfərdə İngiltərənin “Çelsi” komandasının qonağı olub.

“Stemford Bric” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Çelsi”nin heyətində Pedro Rodriqez (5-ci dəqiqə), David Zappakosta (30), Sezar Aspilikueta (55), Bokayako (71), Batşuayi (76 və 82) fərqləniblər.

Bu qrupun digər oyununda isə İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” klubları 0:0 hesablı bərabərliyə qalıblar.

DİGƏR XƏBƏRLƏR

Top