Şotlandiyada kütləvi uşaq məzarlığı aşkarlanıb FOTOLAR

Şotlandiyada “Smyllum” adlı Kimsəsiz Uşaq Evinin yanında 400-dən çox uşağın basdırıldığı kütləvi məzar aşkara çıxarılıb. Xarici KİV xəbər verir ki, 1864-1981-ci illər arasında fəaliyyət göstərən Uşaq Evində 11 mindən çox kimsəsiz uşaq olub. “Guardian”ın yaydığı xəbərə görə, yetimxanadakı uşaqların böyük hissəsi vərəm və sətəlcəm kimi təbii səbəbdən həyatını itirib. Amma ortaya çıxarılan kütləvi məzar bir çox sual yaratdığı üçün polis uşaqlara qarşı pis rəftar haqqında istintaqa başlayıb.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top