İŞİD tərkibində vuruşan avropalıların sayı açıqlandı

Təqribən 2,5 min avropalı Suriya və İraqda İŞİD terror qruplaşmasının tərəfində vuruşur. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının terrorçuluqla mübarizə məsələləri üzrə əlaqələndiricisi Jil de Kerşov deyib. Onun sözlərinə görə, daha əvvəl İraq və Suriyada İŞİD-in tərəfində vuruşan avropalıların sayı beş min nəfər olub. Əlaqələndirici qeyd edib ki, bunun 1,5 mini qayıdıb və təqribən mini həlak olub: “İraq və Suriyadakı təqribən 2,5 min avropalının çoxu döyüşlərdə həlak olacaq və ya İŞİD tərəfindən öldürüləcək, çünki bu təşkilat fərarilərə qatlaşmır”.

DİGƏR XƏBƏRLƏR

Top