Merkel: Türkiyəyə silah satışı tam dayandırılmalıdır

Türkiyəyə silah ixracını tamamilə dayandırmaq lazımdır. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib. O, həmçinin qeyd edib ki, Türkiyəyə daha sıx səyahət xəbərdarlığı etmək üçün heç bir səbəb görmür. Bununla belə, A. Merkel əlavə edib ki, bütün variantlar nəzərdən keçiriləcək. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel isə daha əvvəl silah ixracı ilə bağlı bildirmişdi ki, Türkiyənin Almaniyaya göndərdiyi bütün böyük tələblər qarşılana bilməz: “Həmin tələblərin sayı az deyil, silah satışını dayandırdıq. Əgər NATO ölkəsi tələb edərsə, Berlin silah göndərməklə cavabdehdir, lakin bu hazırda mümkün deyil”. Türkiyənin Avropa İttifaqı işləri naziri Ömər Çəlik məsələni şərh edərkən deyib ki, Ankara bu silahları İŞİD və PKK terror təşkilatları ilə mübraizədə istifadə edir: “Silah verməmələri Türkiyəyə zərər verməyəcək. Türkiyə suveren dövlət olaraq özünü müdafiə edə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top