Futbol üzrə dünya çempionatına biletlərin satış tarixi və qaydaları açıqlandı

2018-ci il futbol üzrə dünya çempionatının final mərhələsinin oyunlarına biletlərin ilkin satışı sentyabrın 14-də başlayacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. Həmin dövrdə azarkeşlər biletlərin alınması üzrə sifariş verə bilərlər. Satışların birinci mərhələsinin ilkin dövrü sentyabrın 14-dən oktyabrın 12-dək davam edəcək. Əgər biletlərə sifarişlərin sayı mümkün yerlərin sayını üstələyərsə, biletlər təsadüfi püşkatma ilə bölüşdürüləcək. Satışların ilkin mərhələsinin ikinci dövrü noyabrın 16-dan 28-dək davam edəcək. Bu vaxt ərzində biletlər canlı növbə qaydasında satılacaq. Satışların ikinci mərhələsinə 1 dekabr 2017-ci il tarixində baş tutacaq dünya çempionatının final mərhələsinin rəsmi püşkatmasından sonra start veriləcək. Bu da birinci mərhələdə olduğu kimi təsadüfi püşkatma yolu (5 dekabr- 31 yanvar) və canlı növbə qaydasından (13 mart – 3 aprel 2018-ci il) ibarət olacaq. Biletlər turnir başlamazdan qabaq bir neçə həftə ərzində sahiblərinə pulsuz çatdırılacaq. Çatdırılma 2018-ci ilin aprel-may aylarından tez başlamayacaq.

Xatıtladaq ki, dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Nijnıy Novqorod, Samara, Volqoqrad, Rostov-na-Donu, Kalininqrad, Yekaterinburq və Saransk şəhərlərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top