Zəvvarları Həcc ziyarətindən gətirəcək təyyarələrin gecikmə səbəbləri məlum olub

“Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanından gətirəcək təyyarənin gecikməsinə səbəb Mədinə hava limanının sıx qrafiklə çalışması olub”. Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin köməkçisi Paşa Kəsəmənski bildirib. P.Kəsəmənskinin sözlərinə görə, zəvvarlar ölkəyə 3 saat gecikmə ilə gələcəklər. “Biz oradan çıxmağa hazır idik. Sadəcə hava limanının sıx qrafik ilə çalışması zəvvarların gecikməsinə səbəb olub. Sıxlıq olduğundan AZAL-ın təyyarəsi oradan havaya 3 saat gec qalxıb. Cədvəl üzrə təyyarə 19:10-da Bakıya enəcək”, - deyə P.Kəsəmənski əlavə edib.Apa

DİGƏR XƏBƏRLƏR

Top