Yəməndə qorxunc vəba statistikası

Yəməndə bu ilin aprel ayından bəri 650 mindən çox adamda vəba epidemiyasına yoluxma halı qeydə alınıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda deyilir. Hesabata əsasən, aprelin 27-dən etibarən ölkə boyu 652 542 nəfər vəba epidemiyasına yoluxub. Epidemiya səbəbilə 2 066 nəfər dünyasını dəyişib. ÜST-ün hesabatına əsasən, ən çox yoluxma halı (82 min) Hudeydə rayonunda qeydə alınıb. Vəbanın bais olduğu ən çox ölüm halı isə (391) Hacce rayonunda təsbit edilib.

Qeyd edək ki, Yəməndə iki ildən artıqdır davam edən silahlı toqquşmalar səbəbilə ölkə daxilində təxminən 3 milyon adam ev-eşiyindən didərgin düşüb. Təmiz içməli suyun olmaması və tullantıların yığışdırılmamasına görə demək olar hər gün vəbaya yoluxma ehtimalı var.

DİGƏR XƏBƏRLƏR

Top