Polşadan Azərbaycana gələn turistlərə bəd xəbər: Konsulluq işləməyəcək

Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, diplomatik nümayəndəlik sentyabrın 12-dən 25-dək viza müraciətlərini qəbul etməyəcək. Səfirliyin konsulluq bölməsinin müvəqqəti bağlanmasının dəqiq səbəbi açıqlanmayıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, bu, texniki məsələlərlə bağlıdır. Məlumata görə, viza müraciətlərinin qəbulu sentyabrın 26-dan bərpa ediləcək.Report

DİGƏR XƏBƏRLƏR

Top