Xaricdən gətirilən dərmanların qiyməti daha aşağı düşüb

Bu ilin ilk 8 ayı ərzində ölkəyə gətirilən əczaçılıq məhsullarının idxalı dəyər ifadəsində 5,2% artığı halda, miqdar ifadəsində daha çox artıb - 32,2%. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, son 8 ay ərzində ölkəyə 123,4 milyon dollar dəyərində 7 min 154 ton əczaçılıq məhsulu gətirilib və bu göstəricilər ötən ilin analoji dövründə müvafiq olaraq 117,5 milyon dollar və 5 min 421 ton olub. Bu isə o deməkdir ki, ötən ildən fərqli olaraq bu il ölkəyə gətirilən əczaçılıq məhsullarının, əsasən də dərmanların qiyməti daha aşağı olub. Əgər ötən 1 kiloqram əczaçılıq məhsullarının gömrük dəyəri 21,6 dollar olubsa, bu il bu göstərici 17,2 dollara düşüb.

DİGƏR XƏBƏRLƏR

Top