Türkiyədə şəhidlərin dəfn mərasimləri yeni qayda ilə keçiriləcək

Türkiyədə şəhidlərin dəfn mərasimində ehtiram yürüyüşü zamanı Frederik Şopenin “Matəm marşı” əvəzinə Itrinin “Segah təkbiri” səslənəcək.

“Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə, ölkənin Daxili İşlər Nazirliyinin (DİN) yazılı bildirişində deyilir. Nazirlik yeni qayda ilə əlaqədar Türkiyənin 81 vilayətinin valisinə yazılı bildiriş göndərib.

DİN-in məlumatında deyilir: “Şəhidlərlə bağlı mərasimlərin də milli və mənəvi dəyərimizə, mədəni köklərimizə uyğunluğu bu məsuliyyətin və önəmin əsas ünsürüdür”. Nazirlik onu da qeyd edib ki, şəhidlərin dəfn mərasimində ehtiram duruşu zamanı hər hansı bir çalğı aləti çalınmayacaq, səssizlik təmin ediləcək.

Xatırladaq ki, Itrinin “Segah Təkbiri” ilk dəfə 29 avqust 2017-ci il tarixində şəhid Məhəmməd Merçinin dəfn mərasimi zamanı orkestr tərəfindən icra edilib.

DİGƏR XƏBƏRLƏR

Top