​Azərbaycana xaricdən 866 milyon dollarlıq ərzaq gətirilib

Bu ilin yanvar-avqust ayları ərzində ölkəyə 866,5 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 112,7 milyon dolları buğdanın, 86,1 milyonu meyvə-tərəvəzin, 109,4 milyon dolları şəkərin, 90,8 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə buğda idxalı 37,1% azalıb, şəkər idxalı 3,1%, meyvə-tərəvəzin idxalı isə 0,5% artıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 8 ayı ərzində müvafiq olaraq 101,9 və 123,4 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 3,4% azalıb, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 32,2% artıb.

DİGƏR XƏBƏRLƏR

Top