Ölkəyə gətirilən avtomobillərin sayı kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 5 min 662 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 208 ədəd və yaxud 63,9% çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 80 ədəd və yaxud 2,5 dəfə artaraq 134-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 1839 ədəd və yaxud 63,5% artaraq 4 min 874-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 261 ədəd yaxud 76,3% artaraq 603-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 26 ədəd yaxud 33,7% azalaraq 51-ə bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top