Kreml Putinin prezidentliyə namizəd olacağı barədə xəbərlərə münasibət bildirib

Kreml Vladimir Putinin qarşıdakı prezident seçkilərində növbəti dəfə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin prezident seçkilərində iştirak etməsi ilə bağlı qərarını hələlik elan etmədiyini deyib: "Bu məsələdə heç kim qabağa qaçmağa hazırlaşmır. Prezident hələlik qərarını açıqlamayıb. Putinin prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı KİV-də yayılan məlumatlar hipotetik müzakirələrdir". Qeyd edək ki, "Kommersant" qəzeti Rusiya Prezident Administrasiyasındakı mənbəsinə istinadən Putinin qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşdığını yazıb. Qəzetin yazdığına görə, namizədliyin irəli sürülməsi iki mərhələdən ibarət olacaq. Rusiya prezident seçkiləri 2018-ci ildə keçiriləcək.Apa

DİGƏR XƏBƏRLƏR

Top