İxrac 12,6%, idxal 4,2% azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 12 milyard 523 milyon 794,5 min dollar olub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı ilin yanvar-avqust aylarına nisbətən 9,2% artıb. İdxal əməliyyatları üzrə 5 milyard 300 milyon 784,4 min dollar (2016-cı ilin yanvar-avqust aylarına nisbətən 4,2% azalıb), ixrac əməliyyatları üzrə 7 milyard 233 milyon 10,1 min dollar (2016-cı ilin yanvar-avqust aylarına nisbətən 12,6% azalıb) ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsində 1 milyard 932,2 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top