Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib.

Dövlət başçısı V. Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Eyni zamanda dövlət başçısı Rusiyada keçirilən parlament seçkilərində “Yedinaya Rossiya” partiyasının əldə etdiyi böyük qələbə münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, bununla Rusiya xalqı V. Putinin həyata keçirdiyi siyasətə bir daha öz dəstəyini nümayiş etdirib.

Prezident İlham Əliyev Rusiya prezidentinin Bakıda keçirilən V Beynəlxalq Humanitar Foruma göndərdiyi məktuba və Rusiya tərəfinin forumda yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlığını da bildirib.

Rusiya prezidenti göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, öz növbəsində, Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı təbriklərini çatdırıb və bildirib ki, Azərbaycan xalqı bu referendumda səs verməklə prezident İlham Əliyevin siyasətinə öz dəstəyini ifadə edib.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafından məmnunluq ifadə ediblər, əməkdaşlığımızın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top