Rəsmi: Rusiya və Türkiyə S-400 üzrə müqavilə imzaladılar

Moskva və Ankara Rusiyanın S-400 sistemlərinin Türkiyəyə tədarükü haqqında razılığa gəliblər və müqavilə imzalayıblar.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin məlumatında deyilir. Məlumatda bildirilir ki, Rusiya müqaviləni reallaşdırmağa hazırdır. Sazişin təfərrüatları barədə məlumat verilmir.

Buna səbəb kimi sazişin özünəməxsus xüsusiyyəti və həssaslığı göstərilir. Federal Xidmətdən deyiblər ki, müqaviləni şərh etmək prioritet hüququ xarici sifarişçiyə məxsusdur: “Qeyd etmək lazımdır ki, bu sistemin Türkiyəyə tədarükü Rusiyanın geosiyasi maraqlarına cavab verir”.

Qeyd edək ki, dünyada hələ analoqu olmayan “Triumf” S-400 zenit-raket sistemi təyyarələr və ballistic raketlər daxil olmaqla, havadakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Bu kompleksin tədarükü üzrə müqavilə artıq Çinlə imzalanıb. Federal Xidmət S-400 üzrə təqribən 10 sifariş alıb.

DİGƏR XƏBƏRLƏR

Top