3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. "Yeniavaz.com" Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adı çəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektləri Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov və digər rayonlarda yerləşir. Özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 13 kv.m ilə 134 kv.m arasında dəyişir.

Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 70/1 saylı mağaza olub. Lerik xalça sexinin torpaq sahəsi 4 min 500 kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1 500 kv.m-ə yaxındır.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən sahəsi 14,2 kv.m-ə yaxın olan qeyri yaşayış obyektidir.

Xatırladaq ki, Komitə tərəfindən növbəti belə hərrac 19 sentyabr keçiriləcək. Həmin hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.

DİGƏR XƏBƏRLƏR

Top