Akif Çovdarovun məhkəməsi 2 gün sonra davam etdiriləcək

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası keçirilib.

Günün ikinci yarısında keçirilən prosesdə vəkil Cavid Rzazadə müdafiə çıxışını davam etdirib.

O, növbəti məhkəmə iclasında yenidən çıxış edəcək.

Proses sentyabrın 13-də davam etdiriləcək. Report

DİGƏR XƏBƏRLƏR

Top