2020-ci ilədək “Mercedes” avtomobillərinin bütün modellərində elektrik mühərriki də yerləşdiriləcək. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu “Daimler AG” konserninin İdarə heyətinin sədri Diter Tsetşe deyib. Onun sözlərinə görə, şirkət, eyni zamanda “Smart” markasını da tamamilə elektriklə işləyən markaya çevirəcək. D. Tsetşe qeyd edib ki, istehlakçılar azı 50 modeldə elektrik mühərriki seçimindən də yararlana biləcəklər: “Bu avtomobillərin bəziləri hibrid, digərləri isə tam olaraq elektrik mühərriki ilə işləyən modellər olacaq”.