Saakaşvili: Pasportumu oğurladılar

Gürcüstanın keçmiş Prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna ilə sərhəddə avtobusda özünün Ukrayna pasportunu qoyub, sonra isə polis gələrək pasportu oğurlayıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o qeyd edib ki, Polşa sərhədini qanuni Ukrayna sənədi ilə keçib, polşalılar onu ştamplayıblar, sonra isə qanunun tələb etdiyi kimi ukraynalılara tərəf gəlib. O diqqətə çatdırıb: “İnsanlar əllərində məni Ukraynaya keçirəndə pasportu avtobusda qoydum. Polis gələrək avtobusu axtarıb və pasportumu oğurlayıb”. M. Saakaşvili əlavə edib ki, hazırda onun pasportu hüquq-mühafizə əməkdaşlarındadır. Bununla belə, o, Ukrayna sərhədini zorla keçməsi insidenti ilə bağlı özünü cinayətkar hesab etmir.

Xatırladaq ki, Ukrayna vətəndaşlığından məhrum edilmiş M. Saakaşvili sentyabrın 10-da “Şeqini” buraxılış məntəqəsində tərəfdarlarının köməkliyilə sərhədçilərin və hüquq-mühafizə əməkdaşlarının kordununu yararaq Ukrayna ərazisinə keçib.

DİGƏR XƏBƏRLƏR

Top