Bu günədək Prezident hansı məsələləri NƏZARƏTƏ GÖTÜRÜB (SİYAHI)

Xəbər verdiyimiz kimi, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev bu gün azadlığa buraxıldı. "Yeniavaz.com" xəbər verir ki, bu barədə günün əvvəlində məlumat yayılanda saytlar bu xəbəri "Prezidentdən Mehman Əliyevin həbsinə reaksiya" başlığı ilə təqdim etdilər.

Ümumiyyətlə, son illər "Prezidentdən filan məsələyə reaksiya", "Prezident filan məsələni nəzarətə götürdü" adı altında xəbərlərə tez-tez rast gəlirik.

Birbaşa Mehman Əliyevin həbsdən azadlığa buraxılması ilə bağlı olmasa da, son illər "Prezident məsələni nəzarətə götürdü" adı altında yayımlanan xəbərləri araşdırdıq və internet materialları əsasında onların siyahısını hazırladıq. Bu siyahı həmin məsələlərin hamısını əhatə eləmir və ola bilsin ki, kənarda qalanlar da var. Əlavə hər hansı şərh vermədən həmin xəbərlərin siyahısını təqdim edirik.

- 1 oktyabr 2012-ci il: "Prezident İlham Əliyev Gülər Əhmədova ilə bağlı cinayət işini nəzarətə götürdü".

- 24 iyul 2013-cü il: "Nabranda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən hadisənin istintaqı prezident İlham Əliyev tərəfindən nəzarətə götürülüb".

- 18 iyul 2014-cü il: "Prezident İlham Əliyev Kəlbəcər əsirləri məsələsini şəxsən nəzarətə götürdü".

- 19 may 2015-ci il: "Prezident İlham Əliyev Bakının Binəqədi rayonu, "Azadlıq" prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğının istintaqını nəzarətə götürdü".

- 29 iyul 2015-ci il: "Nazirliyin yüksək çinli zabitləri həbs edildi - Prezident İlham Əliyev işi nəzarətə götürdü".

- 10 avqust 2015-ci il: "Prezident İlham Əliyev jurnalist Rasim Əliyevin qətlinin istintaqını şəxsi nəzarətə götürdü".

- 23 avqust 2015-ci il: "Prezident İlham Əliyev Mingəçevir işini nəzarətə götürdü - Baş leytenant vəzifədən getdi".

- 1 dekabr 2015-ci il: "Prezident İlham Əliyev Nardaranda keçirilən xüsusi əməliyyatı nəzarətə götürdü".

- 9 dekabr 2016-cı il: "Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib".

- 13 aprel 2017-ci il: "Prezident İlham Əliyev Yasamaldakı məscid problemini öz nəzrətinə götürdü. Prezidentin göstərişi ilə məscidin sökülməsi ilə bağlı xüsusi komissiya yaradılacaq".

- 15 aprel 2017-ci il: "Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Məsələni prezident İlham Əliyev nəzarətə götürdü".

- 6 iyun 2017-ci il: "Prezident İlham Əliyev Yasamal rayonu ərazisində yataqxanada baş verən yanğın hadisəsinin araşdırılmasını nəzarətə götürdü".

DİGƏR XƏBƏRLƏR

Top