Aşıq Əlinin qohumunu öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Neymətov 19 il müddətinə azadlıqdan məhrum edilib. Artıq onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baxılıb. Apellyasiya şikayəti üzrə qərar yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, qətl ötən il Qobustan rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Neymətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Bildirilib ki, Vüsal Neymətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavət olub. Fəxri Kərimov Vüsal Neymətovu döyüb. Qətlə yetirilən şəxs Aşıq Əlinin qohumudur.Apa

DİGƏR XƏBƏRLƏR

Top