Prezidentdən Saakaşvili açıqlaması: “Baş verənlər cinayətdir”

Ukrayna prezidenti Petro Poroşenko vətəndaşlıqdan çıxarılan Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili və tərəfdarlarının Ukrayna-Polşa sərhədində yaratdığı insidentə münasibət bildirib. Ukrayna KİV-i xəbər verir ki, prezident baş verənləri cinayət adlandırıb. Belə ki, dövlət sərhədinin toxunulmazlığı konstitusiya prinsipləri pozulub: “Bu məsələ dövlətlərin milli təhlükəsizliyidir və mənə maraqlı deyil dövlət sərhədini kim pozur – şərqdəki döyüşçülər, yoxsa qərbdəki siyasətçilər. Tamamilə dəqiq və hüquqi məsuliyyət olmalıdır. Fikrimcə, bu insident heç bir siyasi şərh tələb etmir. Biz bu məsələni ancaq hüquqi müstəvidə şərh etməliyik və edəcəyik”.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top