Məktəb direktoru jurnalisti təhqir etdi: Qələt edib, mənə zəng vurursan

Yeni tədris ili başlayar-başlamaz müəyyən problemlər artıq baş qaldırıb. Sumqayıtda valideynlər tərəfindən Xeberle.com saytına orta məktəblərdə yığılan təmir pulu ilə bağlı şikayətlər daxil olub. Valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün ilk olaraq, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva ilə əlaqə saxladıq. R.Tağıyeva bizə kobud şəkildə cavab verərək, dəstəyi asdı: “Mən heç bir pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır, bu bir, ikincisi isə, sizə heç bir haqq vermirəm. Siz mənə qələt edib, zəng etmisiniz. Fsyo!” Xatırladaq ki, Ruhiyyə Tağıyeva ötən ilin aprel-noyabr ayları ərzində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. O, məhz maarif müdirliyi postu ilə vidalaşdıqdan sonra 1 saylı məktəbə direktor vəzifəsinə təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top