Manatla qoyulan əmanətlər azalıb, dollarla qoyulan əmanətlər artıb

2015-ci ilin fevral ayında milli valyutamızın dollar qarşısında kəskin ucuzlaşmasından sonra əhali tərəfindən banklarda manatla saxlanılan əmanətlərin həcmi kəskin şəkildə azalıb. "Yeniavaz.com" Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, 2015-ci ilin fevral ayında ev təsərrüfatları tərəfindən banklarda saxlanılan əmanətlərin həcmi 7 milyard 932,7 milyon manat olub. Bu məbləğin 2 milyard 987,8 milyon manatı milli valyuta ilə, 4 milyard 944,9 milyon manatı xarici valyuta ilə yerləşdirilib. Həmin tarixdən ötən 29 ay ərzində əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 13,5% və ya 1 milyard 72 milyon manat azalıb. Banklarda milli valyuta ilə yerləşdirilən əmanətlər 39% və ya 1 milyard 165,8 milyon manat azaldığı halda, xarici valyutada yerləşdirilən əmanətlər 1,9% və ya 93,8 milyon manat artıb.

DİGƏR XƏBƏRLƏR

Top