Nazir: Pilotsuz uçuş aparatı ilə terrorçunun qol saatının markasını görə bilirik

“Pilotsuz uçuş aparatı (PUA) ilə terrorçunun qol saatının hansı markaya məxsus olduğunu görə bilmək qabiliyyətindəyik”. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçuluqla mübarizənin dəyərləndirildiyi iclasda deyib. Onun sözlərinə görə, təkcə PUA-lar uçmur, həm də Jandarmeriyanın və Təhlükəsizlik İdarəsinin, Silahlı Qüvvələr Baş Qərargahının öz izləmə mərkəzləri var. S. Soylu qeyd edib: “Bütün dünya siz bunları necə həyata keçirirsiniz deyərək heyranlıqla baxır. Artıq İsrail və ABŞ-da PUA-lar almırıq”.

DİGƏR XƏBƏRLƏR

Top