Saç tökülməsini önləyən qidalar FOTOLAR

1. Zeytun yağı E vitamini qaynağıdır. E vitamini saçları qoruyan və qalınlaşmasını təmin bir antioksidantdır. Bundan başqa hüceyrələrin inkişafı üçün önəmlidir. Cildi nəmli və yumşaq tutur. Zeytun yağı saç köklərini nəmləndirir, qırılmalara qarşı da effektlidir.

2. Yerkökü gözlərlə yanaşı, saçlara da müsbət təsir göstərir. Yerkökünün tərkibindəki A vitamini sayəsində saçlar sağlam və parlaq görünür.

3. Zəncəfil bir çox xəstəliklərin müalicəsində effektlidir. Həmçinin saç tökülməsinə qarşı saçı vitaminlə təmin edir.

4. Saç tökülməsinə qarşı istifadə olunan maskalara yumurtanın vurdulduğu bir çoxlarına məlumdur. Xüsusilə saç qırılmasına qarşı, quru, tökülən saçlara, kəpəyə qarşı təsiri çox müsbət olur. Yumurtanın tərkibində bol miqdarda A, E vitaminləri, protein var.

5. Keçmiş zamandan indiyədək insanlar tərəfindən istifadə edilən badamın yağının da yararları saymaqla bitməyəcək qədər çoxdur. Badam yağı vücud və cild sağlamlığı ilə yanaşı, saçların E vitamini ehtiyacını da qarşılayır.

6. Sarımsaqlı saç şampunları, üz maskaları... Sarımsağın faydalarından bir çox ölkələrdə yüz illərdir saça qulluqda istifadə edilir.

7. Qozun tərkibindəki vitaminlər saç tökülməsinə qarşı effektlidir.

8. Saça qulluqda fındıq yağından geniş istifadə olunur. Fındıq yağı saçları yumşaldır, gücləndirir və parıldadır. Fındıq yağının tərkibində B1, B2, B6 və E vitaminləri var. Bunların sayəsində saçlar güclənir.

9. Toz şəklində olan acı bibəri krem halına gələnədək zeytun yağı ilə qarışdırdıqdan sonra saç dərisi masaj edilir. Yarım saatdan sonra isə bol su ilə yumaq kifayətdir.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top