“Heç vaxt kimisə təhqir etmirəm” - Şahin Diniyev

"Belə oyundan sonra danışmaq çox çətindi. Komanda yeni formalaşıb. Yayda bizə 15 yeni futbolçu qoşuldu. Birinci dəstədən, əvəzedicidən komandaya cəlb olunan futbolçu çoxdu. Onların uyğunlaşması üçün vaxt lazımdı".

Bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "İnter"ə uduzan gəncəlilərin çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb: "Təəssüf ki, ələ düşən fürsətlərdən istifadə edə bilmədik. Ancaq heç nədən qollar buraxdıq. Əvvəl də dediyim kimi, bizdə oyunun taleyini dəyişəcək futbolçu yoxdu. İlk matçdan fərqli olaraq, bu qarşılaşmada qol fürsətləri yarada bildik. İnanıram ki, bu komandanı ayağa qaldıra biləcəyik. Hələ heç nə bitməyib. Keçən mövsümə də pis başlamışdıq. Ancaq sonradan özümüzə gəldik. Heç nəyə baxmayaraq, "Kəpəz"ə sonuncu pillə yaraşmır. Məncə, bu gün məğlubiyyətə layiq deyildik".

- Azər Məmmədovu əvəz etdikdən sonra oyunu tribunadan izlədi...

- Onu əvəzləməyimə səbəb heç də zəif oyunu deyildi. 2 qol buraxdıqdan sonra hücumameyilli oyunçu buraxmalı idim. Buna görə, Azəri əvəzlədim.

- İkinci hissədə Əliyar Ağayev sizə yaxınlaşıb xəbərdarlıq etdi. Sonra isə gülərək ordan uzaqlaşdı. Aranızda hansı dialoq yaşandı?

- Mən heç vaxt qaydaları pozmuram. Həmin vəziyyətdə də ciddi bir şey olmamışdı. Sadəcə, xəbərdarlıq etdi. Oyun zamanı bir qədər emosional ola bilərəm. Lakin heç vaxt kimisə təhqir etmirəm.apasport.az

DİGƏR XƏBƏRLƏR

Top