ABŞ ərəb ölkəsinə 4 milyard dollarlıq silah satacaq

ABŞ Bəhreynlə 4 milyard dollar dəyərində xarici hərbi satış müqaviləsi bağlayacaq. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, müqavilə Bəhreynə hərbi texnika və silahların satışını, habelə mövcud hərbi texnikanın modernləşlədirilməsini nəzərdə tutur.

Müqaviləyə əsasən, ABŞ Bəhreynə 19 ədəd yeni “F-16” döyüş təyyarəsi, 2 ədəd dəniz patrul kateri və xeyli sayda tank əleyhinə “Tow” raketləri satacaq. Bundan başqa, Bəhreynin daha əvvəl satın aldığı 20 ədəd “F-16” təyyarəsini modernləşdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top