Müəllimlərin işə qəbulu ilə bağlı yeni xəbər

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb.

Təhsil Nazirliyindən bildiriblər ki, əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak ediblər.

Bu il əlavə yerləşdirmə mərhələsində dörd mindən çox vakansiya elan olunub.

Qeyd edək ki, builki müsabiqədə iştirak üçün 50 minədək namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib. Müsabiqənin müsahibə mərhələsində 400-dək namizəd uğur qazana bilməyib. Ümumilikdə bu il dörd minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.Azertac

DİGƏR XƏBƏRLƏR

Top