ABŞ-da 5,6 milyon nəfər təxliyə edilir

Karib adalarını yerlə bir edən və 26 nəfərin ölümünə səbəb olan “İrma” qasırğası Kubanın şimalına çatıb. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, qasırğanın növbəti ünvanı isə ABŞ-ın cənub ştatı Florida olacaq. “İrma”nın bu gün gec saatlarında Florida sahillərinə çatması gözlənilir. Qasırğanın Floridayı darmadağın edəcəyi proqnozlaşdırılır. Fövqəladə vəziyyət edilən ştatda 5 milyon 600 min nəfərin təxliyə edilməsinə qərar verilib. Bu, ölkə tarixində qeydə alınan ən böyük təxliyə rəqəmlərindən biridir.Corciya ştatında isə sahil ərazilərində yaşayan 540 min nəfərin təxliyə ediləcəyi bildirilir. Floridadakı sığınacaqlarda 1 milyon nəfərin qalacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top