Saakaşvili Ukrayna ərazisinə daxil olub

Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Polşadan Ukraynaya keçməsi barədə məlumat verib. Gürcüstanın sabiq prezidenti bu barədə Facebook sosial şəbəkəsində yazıb. “Hazırda biz Krakoveç, Ukraynaya keçirik”, - Saakaşvili yazıb. Bundan əvvəl, Ukrayna hökuməti bəyan edib ki, Saakaşvilini ölkəyə buraxmayacaq. Xatırladaq ki, sabiq qubernator iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top