Ronaldo öz ətir markasını təqdim edib

“Real” Madrid və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo yeni ətrin təqdimatını keçirib. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, CR7 ətrinin təqdimatı Madriddə baş tutub. Ətir K. Ronaldonun özünün istəkləri əsasında ətriyyatçılar tərəfindən hazırlanıb. CR7 kişi, qadın və uşaqların gündəlik istifadəsi üçün nəzərdə tutulub. Portuqaliyalı futbolçu bildirib ki, yaxşı qoxu ona əminlik verir. O, həmçinin qeyd edib ki, darçın ətri həmişə xoşuna gəlib.

DİGƏR XƏBƏRLƏR

Top