“Samsung” məhsullarında boşluqların aşkarlanması üçün pul mükafatı təyin olunub

"Samsung” şirkətinin məhsullarında boşluqlar aşkarlayan ekspertlər üçün 200 min dollaradək pul mükafatının verilməsini nəzərdə tutan proqram istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, "Mobile Security Rewards” adlanan proqram "Galaxy S”, "Galaxy Note”, "Galaxy A”, "Galaxy J”, "Galaxy Tab” istehsal xətti, eləcə də "S8”, "S8+” və "Galaxy Note 8” qabaqcıl smartfonları daxil olmaqla 38 "Samsung” mobil qurğusuna şamil edilir. İstehsalçı, həmçinin "Bixby”, "Samsung Pay”, "Samsung Account”, "Samsung Pass” servislərində səhvlər aşkarlayan ekspertləri mükafatlandıracaq. Mükafatın minimal məbləği 200 dollara bərabərdir. Pulun məbləği boşluğun ciddiliyindən və təqdim olunan eksploytun keyfiyyətindən asılı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top