Günəşdə güclü partlayış Yerin maqnit sahəsini yandırır

Günəşdə güclü partlayış nəticəsində əmələ gələn plazma buludları Yerə çatıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyasının Fiziki İnstitundan deyiblər. Bildirilir ki, hazırda tullantının maqnit sahəsi planetimizin sahələrinin xətlərini yandırır. Alimlərin sözlərinə görə, plazma buludları Yerin orbitinə gözlənilən müddətdən 12 saat tez çatıb. Bu o deməkdir ki, onun sürəti gözləntidən 1,5 dəfə çoxdur. Qeyd edək ki, sentyabrın 6-8-də son 12 ildə ən güclü Günəş aktivliyi qeydə alınıb. Günəşin səthində bir neçə fövqəl parlaq dərəcədə partlayış baş verib. Yerə tərəf tacabənzər cisim buraxılıb. Bu təzahür planetimizdə güclü geomaqnit qasırğası əmələ gətirib, lakin indiyədək Günəş partlayışları heç bir mənfi fəsadlara yol açmayıb.

DİGƏR XƏBƏRLƏR

Top