Güclü külək Mingəçevirdə ağacları aşırıb, fəsadlar törədib

Dünən güclü külək və ardından yağan leysan yağış Mingəçevirdə bir sıra fəsadlar törədib. "Yeniavaz.com" xəbər verir ki, bununla əlaqədar şəhərin bir hissəsi işıqsız qalıb. Gecə saatlarında güclənən külək bir neçə ünvanda irigövdəli ağacları qırıb. Küləyin gücünə tab gətirməyən ağaclar elektirik naqillərinin üzərinə aşıb. Yerli sakinlər son bir neçə ildə şəhərdə ilk dəfə olaraq belə güclü küləyin baş verdiyini bildiriblər. Şəhər sakinləri deyib ki, təbiət hadisəsi zamanı şəhərin 8 nömrəli elektrik xətt daşıyıcının üzərinə ağac aşdığından burada açılma qeydə alınıb. Küləyin yaratdığı fəsadlar gecə saatlarında aradan qaldırılıb enerji verlişində fasilələr yarananan ünvanlara elektirik verlişi bərpa edilib. Qeyd edək ki, hazırda şəhərdə mülayim hava şəariti mövcuddur. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top