Netanyahunun həyat yoldaşı məhkəməyə cəlb oluna bilər

İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu xəbərdar edib ki, ona qarşı büdcə vəsaitlərindən qanunsuz istifadə ilə bağlı ittiham irəli sürülə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Ədliyyə Nazirliyi məlumat yayıb. Baş prokuror məhkəmədən öncə dinləmələrin nəticələri əsasında S. Netanyahunun məhkəməyə cəl edilməsi ilə bağlı qərar qəbul edəcək. S. Netanyahu təxminən 100 min dollar ekvivalentində məbləğin qanunsuz xərclənməsində və bu xərclərin gizlədilməsində şübhəli bilinir. Həmin vəsaitlər Baş nazirin iqamətgahı üçün restoran yeməkləri sifarişlərinə və iaşə xidmətlərinə xərclənib. Netanyahu ailəsi ötə gün dərc etdiyi bəyanatda ittihamları cəfəng adlandırıb və əmin olduğunu bildirib ki, onlar əsassız sayılacaq. Ailə iqamətgahdakı sui-istifadə hallarına görə günahı keçmiş təsərrüfat müdiri Meni Naftalinin üzərinə ataraq onu cinayətkar və yalançı adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top