Moskva Myanma hakimiyyətinə qarşı ittihamları əsassız hesab edir

Moskva hesab edir ki, Myanma hakimiyyətinə qarşı həddən ziyadə təzyiq və müsəlman icmasının təqib edilməsi yönündə əsassız ittihamlar bu ölkədə onsuz da mürəkkəb olan vəziyyəti ağırlaşdırır. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, müsəlmanlara qarşı qəddarlıqla bağlı əsassız ittihamlarla birlikdə hər hansı təzyiq indiki vəziyyətdə bu ölkədə və onun ətrafında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. M. Zaxarova qeyd edib ki, Rusiya XİN Myanmadakı hadisələr ətrafındakı vəziyyəti, o cümlədən informasiya tullantıları və saxta xəbərlərlə bağlı vəziyyəi izləyir. Mosvkanın mövqeyinə toxunan M. Zaxarova bəyan edib: “Biz hesab edirik ki, Myanmanın rəsmi hakimiyyəti zorakılığın eskalasiyasına yol verilməməsi, həmin ərazidə qanun və asayişin bərpa olunması, normal social-iqtisadi şəraitin təmin edilməsi və qaçqınlar probleminin nizamlanması üzrə yubandırmadan bütün mümkün tədbirləri görəcək”.

DİGƏR XƏBƏRLƏR

Top