Zaxarova: “The Guardian”dakı məlumatlar müttəfiqlərimizə təzyiqdir


“The Guardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunması Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirilməlidir. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Rusiyaya bir sıra istiqamətlər üzrə informasiya sahəsində çox ciddi təzyiqlər göstərilir: “Mənə elə gəlir ki, bu, informasiya təzyiqidir və bu təzyiq bir neçə istiqamətdə gedir. Rusiyalı jurnalistlərə qarşı təzyiqlər var, onlar informasiya məkanından sıxışdırılıb-çıxarılırlar. Bu, müxtəlif yollarla həyata keçirilir. Bütün bunlar, sözsüz ki, "feyk" xəbərlərin hesabına baş verir. Çalışırıq ki, mütəmadi olaraq bu "feyk" xəbərlərə reaksiya verək”.Apa

DİGƏR XƏBƏRLƏR

Top