Conson: Aİ Türkiyəni kənara itələməməlidir, çünki o, böyük ölkədir

Avropa İttifaqı (Aİ) Türkiyəni kənara itələməməlidir, çünki o, böyük ölkədir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Tallində deyib. O bildirib: “Mənim şəxsi fikrim budur ki, biz Türkiyəni kənara itələməməliyik. Türkiyə böyük, strateji cəhətdən əhəmiyyətli ölkədir”.

Qeyd edək ki, Tallində Aİ-yə üzv ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir. Onun sözlərinə görə, görüşün iştirakçı ölkələrinin nümayəndələri yekdil fikirdədirlər ki, Türkiyənin düzgün istiqamətdə hərəkət etdiyinə əmin olmaq lazımdır: “Türkiyədə insan haqlarına əməl edilməsi, beynəlxalq personalar, xüsusən jurnalistlərlə bağlı amnistiya üzrə həmfikirlilik mövcuddur”.

DİGƏR XƏBƏRLƏR

Top