
Bu ilin ilk yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 224,2 milyon dollar sərmayə yatırıb. "Yeniavaz.com" Gürcüstanın Milli Statistika İdarəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, ilin ilk 6 ayı ərzində Gürcüstana ən çox investisiya qoyan ölkə Azərbaycan olub. Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 20,3% azalıb.
Qeyd edək ki, bu ilin ilk yarısında Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% azalaraq 751 milyon dollar olub.
Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların 36,6%-i Azərbaycanın payına düşüb. Azərbaycanla yanaşı Gürcüstana ən çox investisiya yatırmış ölkələrin ilk beşliyinə Türkiyə (120,8 milyon dollar), Böyük Britaniya (111,6 milyon dollar) və Hollandiya (63,7 milyon dollar) daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz