Sumqayıtda avtobus qaçırıldı

Dünən Sumqayıt şəhərində avtobus qaçırılıb.

Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, şəhər ərazisindən Əspan Mahmudovun idarə etdiyi “Otoyol M-29” markalı avtobus qaçırılıb. Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib.

DYP və PPX-nin əməkdaşları tərəfindən avtobusa “saxla” işarəsi verilib, lakin sürücü tabe olmayaraq, hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağları sahəsində saxlanılıb və sürücü - şəhər sakini İlkin İsamayılovla birlikdə 4-cü PB-yə təhvil verilib.

Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top