Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğlu qəzaya düşüb

Bakıda ölümlə nəticələnən ağır yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. Kliniki Tibbi Mərkəzdən (KTM) verilən məlumata görə, qəzada xəsarət alanlar 1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğlu KTM-ə çatdırılıb, onlara zəruri tibbi yardım göstərilir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun qəzada xəsarət alan oğlu Arif Rəhimovun xəsarətləri yüngül olduğundan o, xəstəxanaya müraciət etməyib. Qeyd edək ki, daha iki nəfər - 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlu və 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlu qəzada ölüb.

DİGƏR XƏBƏRLƏR

Top