Ermənistanda donuzların sayı Azərbaycanla müqayisədə 75 dəfə çoxdur

Bu ilin avqust ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 2 milyon 708 min baş çamış, 1 milyon 300 min baş inək, 8 milyon 767 min baş qoyun və keçi, 4,8 min baş donuz olub. "Yeniavaz.com"un MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı hesabata istinadən apardığı hesablamalar göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda çamışların sayı 0,6%, inəklərin sayı 0,2%, qoyun və keçilərin sayı 0,2% artıb, donuzların sayı isə 18,2% azalıb.

Məlumat üçün qeyd edək ki, MDB-yə üzv olan digər ölkələr ilə müqayisədə donuzların sayı Azərbaycanda dəfələrlə azdır. Eyni zamanda donuzların sayında ən kəskin azalma da Azərbaycanda qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, son bir ildə Ermənistanda donuzların sayı 36,5% artaraq 360,9 min başa çatıb. Rəqəmlərdən də göründüyü kimi Ermənistanla müqayisədə Azərbaycanda donuzların sayı 75 dəfə azdır. Ümumiyyətlə MDB ölkələri arasında ən çox donuz Rusiyada qeydə alınıb. Şimal qonşumuzda 23 milyon 760 min baş donuzun olduğu bildirilir ki, son bir ildə onların sayı 7,1% artıb.

Digər ölkələrə gəldikdə isə qeyd edək ki, Ukraynada 6 milyon 856 min baş donuz (3% azalıb), Moldovada 416,1 min baş (3,9% azalıb), Qırğızıstanda 101,2 min baş (0,2% artıb), Qazaxıstanda 958,7 min baş (2,7% artıb), Belarusda isə 3 milyon 260 min baş donuz (1,8% artım) olub.

DİGƏR XƏBƏRLƏR

Top