Rusiyada partlayış: 1 hərbçi həlak olub, 5-i yaralanıb

Rusiyanın Leninqrad bölgəsində yerləşən poliqonda baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub, daha beş hərbçi isə yaralanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Qərb hərbi dairənin mətbuat xidməti məlumat verib. Məlumatda deyilir ki, sentyabrın 7-də Qərb hərbi dairənin poliqonunda tankdan plan atəşlərinin həyata keçirilməsi zamanı mərmilərdən biri yerə dəydikdən sonra trayektoriyadan çıxaraq partlayıb. Partlayış mühəndis təminatı qrupunun hərbçilərinin olduğu sığınacaq yerinin yaxınlığında baş verib. Partlayış nəticəsində bir hərbçi həlak olub, daha beşi isə yaralanıb. Bütün xəsarət alan hərbçilər xəstəxanalara çatdırılıb və onlara yardım göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top