Yaxın həftələrdə Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi ola bilər

Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz əs-Səud hakimiyyəti yaxın həftələr ərzində oğlu varis şahzadə Məhəmməd ibn Salman əs-Sauda ötürə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın “Eurasia Group” araşdırma şirkəti məlumat yayıb. Şirkətdən bildiriblər ki, hakimiyyətin təhvil verilməsi hakim ailənin digər üzvləri tərəfindən narazlığın qarşısını almaq üçün atılan addımdır. Bununla belə, bəzi analitiklərin fikrincə, Səudiyyə Ərəbistanında hakimiyyət uğrunda daxili mübarizə artıq gedir.

DİGƏR XƏBƏRLƏR

Top