Poti və Batumi limanları fırtına səbəbindən bağlanıb

Gürcüstanın Qara dəniz sahillərində baş verən güclü fırtınalar Poti və Batumi limanlarının fəaliyyətini iflic vəziyyətə salıb. "İnterfaks" xəbər verir ki, artıq dünən gecədən limanlarda gəmilərin qəbulu və yola salınması üzrə əməliyyatlar dayandırılıb. "Dənizdə bütün gecə və səhərdən fırtına var. Fırtına təhlükəsi xəbərdarlığı alan kimi, limanları bağladıq. Hazırda limanda 4 gəmi, reyddə isə 2 yüklü gəmi var", - Poti limanının kapitanı Vaxtanq Tavberidze bildirib. Onun sözlərinə görə, hazırda dənizdə dalğaların hündürlüyü 4-5 metr təşkil edir. Analoji vəziyyət Batumi limanında da yaşanır və fırtına gəmiləri nə qəbul etməyə, nə də yola salmağa imkan vermir.Report

DİGƏR XƏBƏRLƏR

Top