Banklar əmanət fazilərini aşağı salıblar

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda əmanətlər üzrə orta faiz dərəcəsi 4,4% olub. Bu göstərici Bakı şəhərində də eyni səviyyədə - 4,4% həddində olub. "Yeniavaz.com" Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu ilin əvvəlində əmanətlər üzrə orta faiz dərəcəsi həm ölkə üzrə, həm də Bakı şəhəri üzrə 4,8% olub. Rəqəmlərdən də göründüyü kimi, əmanətlər üzrə orta faiz dərəcəsi həm ölkə üzrə, həm də Bakı şəhəri üzrə 0,4 fazi bəndi azalıb.

Azərbaycanda əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Abşeron və Lənkəran iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 6,4% və 5,5% olub. Ən aşağı faiz dərəcəsi isə Yuxarı Qarabağ (2%), həmçinin Naxçıvan (2,3%) iqtisadi rayonlarında müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top