Banklar kredit fazilərini yüksəldib

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 11,3% olub. Bu göstərici Bakı şəhərində 9,9% təşkil edib. "Yeniavaz.com" Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu ilin əvvəlində kreditlər üzrə orta faiz dərəcəsi ölkə üzrə 10,5%, Bakı şəhəri üzrə 8,9% olub. Rəqəmlərdən də göründüyü kimi, kreditlər üzrə orta faiz dərəcəsi ölkə üzrə 0,8 faiz bəndi, Bakı şəhəri üzrə isə 1 fazi bəndi artıb.

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 21,9% və 21,6% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda (9,9%), həmçinin Naxçıvan (9%) iqtisadi rayonlarında müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top