Türkiyə Myanma müsəlmanlarına humanitar yardım göndərib

Türkiyə hökuməti Myanma müsəlmanlarına humanitar yardım göndərib.

Myanmanın Arakan (Rakhayn) ştatından qaçaraq Banqladeşə sığınan təxminən 150 min müsəlman üçün nəzərdə tutulan min tonluq yardımın ilk partiyası düşərgələrə çatdırılıb.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət başçısı Aun San Su Çjin arasında telefon danışığı olub və Arakan müsəlmanlarına humanitar yardımın çatdırılmasına icazə verilib. Report

DİGƏR XƏBƏRLƏR

Top